Dominikan Respublikasında 200 kq kokain daşıyan təyyarə sərt eniş edib

Dominikan Respublikasında 200 kq kokain daşıyan təyyarə sərt eniş edib
# 01 oktyabr 2021 08:13 (UTC +04:00)

Dominikan Respublikasının cənubunda göyərtəsində təxminən 200 kq kokain olan yüngülmühərrikli təyyarə sərt eniş edib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Dominikan Milli Narkotiklərin Dövriyyəsinə Nəzarət İdarəsi məlumat yayıb.

Məlumata görə, hadisə yerində zərərçəkən tapılmayıb, hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları narkotik ticarəti şəbəkəsi təşkil etməkdə şübhəli bilinən təyyarə sahiblərinin və pilotların axtarışları ilə məşğuldur.

Qeyd edək ki, təyyarə Dominikana Cənubi Amerikadan gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR