Dövlət Departamenti: ABŞ və Çinin KXDR-lə bağlı maraqları əksər hallarda üst-üstə düşür

Dövlət Departamenti: ABŞ və Çinin KXDR-lə bağlı maraqları əksər hallarda üst-üstə düşür
# 23 iyul 2021 08:24 (UTC +04:00)

Vaşinqton administrasiyası KXDR-in yaratdığı nüvə və raket problemləri ilə bağlı ABŞ və Çinin maraqlarının qismən də olsa üst-üstə düşdüyünə əmindir.

APA TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi brifinqdə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays bildirib.

“Şimali Koreya – KXDR – maraqların ən azı qismən üst-üstə düşdüyü sahələrdən biridir. Buna görə də KXDR-in raket proqramları və digər təhdidedici fəaliyyətlərinin yaratdığı təhdidlərdən söhbət düşərkən Çinlə müzakirələrə yer olduğunu düşünürük”, - ABŞ-ın xarici siyasət idarəsinin rəsmisi vurğulayıb.

Onun sözlərinə görə, məhz buna görə Vaşinqton Pxenyana qarşı siyasətin nəticələri barədə Pekinə məlumat verib və “müxtəlif formatlarda” KXDR ətrafındakı vəziyyətin tənzimlənməsi üçün ÇXR-lə qarşılıqlı əlaqə qurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR