Dövlət Departamenti Blinkenlə “Taliban” arasında birbaşa danışıqların mümkünlüyünü qiymətləndirib

ABŞ Dövlət Departamenti

© APA | ABŞ Dövlət Departamenti

# 10 sentyabr 2021 02:22 (UTC +04:00)

ABŞ Dövlət katibi Entoni Blinkenin Əfqanıstanda hakimiyyəti ələ keçirən və yeni hökumət quran radikal “Taliban” hərəkatının üzvləri ilə birbaşa danışıqlar aparmaq fikri yoxdur.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Blinkenin “Taliban”la birbaşa təmas qurma ehtimalı ilə bağlı suala cavab olaraq bildirib.

"Biz hələ bu mərhələyə gəlməmişik. Bunun baş verib-verməyəcəyini görməliyik. Digər tərəfdən, ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi və Dohadakı komandası da daxil olmaqla digər uyğun ünsiyyət kanallarımız var”, deyə Prays əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR