Dövlət katibinin müavini: “Türkiyə ABŞ üçün önəmli müttəfiqidir”

Dövlət katibinin müavini: “Türkiyə ABŞ üçün önəmli müttəfiqidir”

© APA | Vendi Şerman

# 28 may 2021 18:00 (UTC +04:00)

“Türkiyə ABŞ üçün önəmli bir NATO müttəfiqidir. Ərdoğan və Baydenin NATO zirvəsindəki görüşündən pozitiv baxımdan gözləntilərimiz çoxdur”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyədə səfərdə olan ABŞ dövlət katibinin müavini Vendi Şerman CNN Türk-ə müsahibəsində deyib.

“S-400 məsələsi və sanksiyaların aradan qaldırılması üçün Türkiyəyə alternativ variantlar təqdim etmişik. Ümid edirəm ki, müvafiq bir ortaq yol tapılacaq”, deyə V. Şerman vurğulayıb.

O, ABŞ-ın YPG terror təşkilatı ilə əməkdaşlığının səbəbini də izah edib: “Bu əməkdaşlıqda yeganə məqsədimiz İŞİD-ə qarşı mübarizə və Suriyada bu terror təşkilatının varlığına son qoymaqdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR