"Elza" fırtınası 3 nəfərin ölümünə səbəb olub, ABŞ-da fövqəladə vəziyyət tətbiq edilib

"Elza" fırtınası 3 nəfərin ölümünə səbəb olub, ABŞ-da fövqəladə vəziyyət tətbiq edilib
# 04 iyul 2021 08:22 (UTC +04:00)

Karib dənizində meydana gələn tropik “Elza” fırtınası azı 3 nəfərin ölümünə səbəb olub.

APA “Axios” portalına istinadən xəbər verir ki, ölənlərdən 2-si Dominikan Respublikasının, 1-i isə Sent-Luis vətəndaşıdır.

Fırtına yerli infrastruktura ciddi ziyan vurub.

Sözügedən fırtına bu həftənin əvvəlində Atlantik Okeanında meydana gəlib. “Elza”nın gələn həftənin əvvəlində Florida sahillərinə yaxınlaşması gözlənilir. Bu səbəbdən ABŞ-ın 15 ştatında fövqəladə vəziyyət tətbiq edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR