"Elza" qasırğası Kanadanın şərqində 50 mindən çox sakini işıqsız qoyub

"Elza" qasırğası Kanadanın şərqində 50 mindən çox sakini işıqsız qoyub
# 11 iyul 2021 08:07 (UTC +04:00)

Tropik “Elza” qasırğasının tüğyan etdiyi Kanadanın Atlantik əyalətlərində leysan yağışlar və güclü küləklər səbəbindən 50 mindən çox sakin elektrik enerjisindən məhrum olub.

APA xəbər verir ki, bu barədə “CBC” telekanalı məlumat yayıb.

Pis hava şəraiti əsasən Yeni Şotlandiya və Nyu-Bransuik əyalətlərinə ziyan vurub. Bu bölgələrdə küləyin sürəti 28 m/s-yə çatıb, nəticədə çox sayda elektrik xətləri zədələnib. Yerli elektrik şəbəkəsi şirkətindən verilən məlumata görə, təcili yardım qrupları artıq təbii fəlakətin fəsadlarını aradan qaldırır. Xəsarət alanlarla bağlı heç bir məlumat verilməyib.

Kanadanın Milli Meteoroloji Bürosunun verdiyi məlumata görə, zəifləməkdə olan qasırğa 10 iyul tarixində ölkənin şərq sahillərinə çatıb. Cümə günü burada küləyin sürəti təxminən 22 m/s olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR