Forbes: "Facebook"un qlobal kəsintiləri fonunda Zukerberqin itkiləri 6 milyard dolları ötüb

Mark Zukerberq

© APA | Mark Zukerberq

# 05 oktyabr 2021 00:34 (UTC +04:00)

ABŞ-ın “Facebook” şirkətinin təsisçisi Mark Zukerberqin sərvəti bir gündə 6,4 milyard dollar azalıb.

APA xəbər verir ki, bu barədə “Forbes” jurnalının internet saytının dünyanın ən varlı insanları barədə məlumatların qeyd olunduğu “The World's Real-time Billionaires” bölməsində qeyd edilib.

Reytinqə əsasən, saat 22:56-ya olan məlumata görə, şirkətin səhmləri 5,59%, Zukerberqin zərərləri isə 6,9 milyard dollar təşkil edib. Bakı vaxtı ilə saat 23:19-a olan məlumata görə, şirkətin səhmlərinin dəyərinin düşməsi 5,24%, “Facebook”un təsisçisinin sərvəti 6,4 milyard dollar azalıb. Belə olan halda, Zukerberq sıralamanın dördüncü yerindən altıncı pilləsinə enib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR