"Grace" qasırğası Meksikada 8 nəfərin ölümünə səbəb olub

"Grace" qasırğası Meksikada 8 nəfərin ölümünə səbəb olub
# 21 avqust 2021 23:43 (UTC +04:00)

Meksikanın şərq sahillərində, Verakrus ştatında tüğyan edən “Grace” qasırğası azı 8 nəfərin ölümünə səbəb olub, daha 3 nəfər itkin düşüb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə ştatın qubernatoru Kuitlauak Qarsia mətbuat konfransında bildirib. Onun çıxışı “Twitter” vasitəsilə də yayımlanıb.

Onun sözlərinə görə, Xalapa şəhərinin Brisas-del-Rio-Sedenyo bölgəsində torpaq sürüşməsi yaşayış evi torpaq qatının altında qalıb. Nəticədə bir ailənin altı üzvü ölüb. Torpaq sürüşməsi eyni yaşayış məntəqəsində yeddi yaşlı bir uşağın da ölümünə səbəb olub. Daha bir nəfər Posa-Rika-de-İdalqo şəhərində ölüb.

Verakrus ştatının 20-dən çox bələdiyyəsində daşqınlar qeydə alınıb. Rəsmilər əhaliyə kömək etmək üçün hərbçiləri və polisləri səfərbər ediblər.

Cərəyanın vurduğu maddi ziyanın ümumi miqdarı barədə məlumat hələ açıqlanmayıb. Federal Elektrik Komissiyasının açıqlamasına görə, “Grace” Verakrus, İdalqo, Puebla və San-Luis-Potosi ştatlarında təxminən 565 470 abunəçini elektrik enerjisindən məhrum edib. Hazırda onların təxminən 10%-i yenidən elektrik enerjisi ilə təmin edilib. Təmir işlərinə 1,1 mindən çox mütəxəssis, helikopter və yüzlərlə texnika cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR