Haiti Prezidenti və həyat yoldaşı sui-qəsd nəticəsində öldürülüb - VİDEO - YENİLƏNİB-1

Haiti Prezidenti Xovenel Moise və həyat yoldaşı Martine Mouse

© APA | Haiti Prezidenti Xovenel Moise və həyat yoldaşı Martine Mouse

# 07 iyul 2021 16:45 (UTC +04:00)

Haiti Prezidentinin həyat yoldaşı, ölkənin birinci xanımı Martine Mouse də sui-qəsd nəticəsində aldığı yaralardan ölüb.

APA-nın xəbərinə görə, bu barədə Haiti mətbuatı məlumat yayıb.

Bildirilib ki, o, xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, Haiti Prezidenti Xovenel Moise və həyat yoldaşına iqamətgahında sui-qəsd olub. Naməlum şəxslər iqamətgaha daxil olaraq onları güllələyib. Prezident hadisə yerində ölüb, həyat yoldaşı isə yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi.

***

14.25

Haiti Prezidentinə sui-qəsd olub.

APA-nın "Daily Beast" nəşrinə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin keçid Baş naziri Klaude Cozep bildirib.

Onun sözlərinə görə, Prezident Xovenel Moisenin şəxsi iqamətgahına gecə saatlarında hücum olub və o güllələnib.

"Kimliyi hələlik müəyyənləşdirilməyən bir qrup şəxs gecə Prezidentin iqamətgahına hücum edib, bu şəxslərin bəziləri ispan dilində danışıb. Onlar Prezidenti güllələyiblər. Prezidentin həyat yoldaşı isə yaralanıb. Birinci xanım xəstəxanaya yerləşdirilib", - deyə Baş nazirin bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR