Haiti prezidentinin qətlinə görə öldürülən şübhəlilərin sayı 7-yə çatıb

Haiti prezidentinin qətlinə görə öldürülən şübhəlilərin sayı 7-yə çatıb
# 09 iyul 2021 01:56 (UTC +04:00)

Haiti prezidenti Jovenel Moizi qətlə yetirməkdə şübhəli bilinərək məhv edilənlərin sayı yeddi nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə yerli “Metropole Haiti” xəbər portalı məlumat yayıb.

“Prezident Jovenel Moizin sui-qəsdçilərindən yeddisi hüquq-mühafizə orqanları tərəfindən məhv edilib. Polis rəisi Leon Şarl daha altı nəfərin həbs olunduğunu açıqlayıb”, - deyə nəşrin “Twitter” səhifəsində yazılıb.

Bundan əvvəl rəsmi orqanlar dörd şübhəlinin öldürüldüyünü bildirmişdi. Haiti Milli Polisinin rəhbəri Leon Şarlın sözlərinə görə, öldürülən şübhəlilərdən azı üçü xarici ölkə vətəndaşıdır.

Qeyd edək ki, Haiti prezidenti Jovenel Moiz çərşənbə axşamı gecəsi yaşadığı evə naməlum silahlıların hücumu nəticəsində qətlə yetirilib. Hücum zamanı ölkənin birinci xanımı Martin Moiz də yaralanaraq xəstəxanaya yerləşdirilib. Ölkənin baş naziri vəzifəsini müvəqqəti icra edən Klod Jozefin sözlərinə görə, hücumu icra edənlərdən bəziləri ingilis və ispan dillərində danışırmış.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR