Haiti prezidentinin təhlükəsizlik xidmətinin rəisi sui-qəsddən 1,5 ay əvvəl Kolumbiyaya baş çəkib

Haiti prezidentinin təhlükəsizlik xidmətinin rəisi sui-qəsddən 1,5 ay əvvəl Kolumbiyaya baş çəkib
# 11 iyul 2021 02:08 (UTC +04:00)

Sui-qəsd yolu ilə öldürülən Haiti prezidenti Jovenel Moizin təhlükəsizlik xidmətinin rəhbəri qətldən ay yarım əvvəl Kolumbiyaya uçub.

APA xəbər verir ki, bu barədə Kolumbiyanın “Semana” qəzeti məlumat verib.

Qəzetin yazdığına görə, Dimitri Erar may ayının 22-də Boqotaya yola düşüb. Bundan əvvəl o, bir neçə dəfə Ekvadora uçarkən hər dəfə Kolumbiya paytaxtında da olub.

Moizin təhlükəsizlik xidmətinin rəhbər heyəti hücumla əlaqədar Haiti prokurorluğuna çağrılıb. Sui-qəsd zamanı prezidentin mühafizəçilərindən heç birinin xəsarət almadığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR