Haitidə zəlzələ qurbanlarının sayı 1941-ə çatıb

Haitidə zəlzələ qurbanlarının sayı 1941-ə çatıb
# 17 avqust 2021 23:50 (UTC +04:00)

Haitidə şənbə günü baş verən zəlzələ nəticəsində ölənlərin sayı 1941 nəfərə çatıb, 9 mindən çox insan xəsarət alıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə İdarəsi məlumat yayıb.

“Avqustun 17-nə olan məlumata görə, Mülki Müdafiə İdarəsi 1941 nəfərin öldüyünü qeydə alıb: 1597 nəfər Cənub departamentində, 205 nəfər Qrand-Ans departamentində, 137 nəfər Nipp departamentində və 2 nəfər isə Şimal-Qərb departamentində. 9 mindən çox yaralı da qeydə alınıb”, - idarədən verilən açıqlamada belə deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR