Hakerlər "Electronic Arts"ın sistemini sındıraraq, video oyunlara giriş əldə ediblər

Hakerlər "Electronic Arts"ın sistemini sındıraraq, video oyunlara giriş əldə ediblər
# 11 iyun 2021 01:36 (UTC +04:00)

Hakerlər video oyun istehsalçısı ABŞ-ın “Electronic Arts” (EA) şirkətinin kompüter sistemlərini sındırıblar.

APA xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

“Bu yaxınlarda şəbəkəmizə edilmiş müdaxilə ilə bağlı araşdırma aparırıq. Oyunların bəzi daxili kodları və onlara aid alətlər oğurlanıb”, - deyə şirkət təmsilçilərindən biri bildirib.

Hadisə 6 iyun tarixində baş verib. Kibercinayətkarlar “FIFA” və “Battlefield” oyun seriyalarında istifadə olunan “Frostbite” oyun mühərrikinin daxili kodunu və “FIFA 21” futbol simulyatorunun hazırlanması üçün alətlər də daxil olmaqla 780 Qb-lıq məlumatlara giriş əldə ediblər. Bildirilir ki, oğurlanan koddan nəzəri olaraq digər oyun yaradıcıları tərəfindən istifadə oluna bilər. Onunla, həmçinin oyunları sındırmaq da mümkündür.

Telekanalın bildirdiyinə görə, heç bir oyun abunəçisinin şəxsi məlumatları hakerlərin hücumu nəticəsində ələ keçməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR