Həftəsonu ABŞ-da baş verən silahlı insidentlərdə 150 nəfər ölüb

Həftəsonu ABŞ-da baş verən silahlı insidentlərdə 150 nəfər ölüb
# 06 iyul 2021 11:13 (UTC +04:00)

Ötən həftənin sonunda ABŞ ərazisində 400-dən çox silahlı insident baş verib. Nəticədə ən azı 150 nəfər ölüb.

APA-nın CNN-ə istinadən verdiyi xəbərə görə, bu barədə Silahlı Şiddət Arxivi (Gun Violence Archive) məlumat yayıb.

Qeyd olunub ki, bu rəqəm iyulun 2-dən 4-nə qədər olan 72 saatlıq müddət ərzində milli miqyasda atışma hadisələri və silah zorakılığı qurbanlarının sayını əhatə edir.

Nyu-Yorkda 21 atışma hadisəsində 26 nəfər ölüb. Nyu-York Polis Departamenti bildirib ki, bu rəqəm ötən illə müqayisədə azdır, belə ki, 2020-ci ildə 25 silahlı insidentdə 30 nəfər həlak olmuşdu.

İyulun 4-də şəhərin özündə 12 atışma qeydə alınıb ki, nəticədə 13 nəfər ölüb. Polis Departamentinin məlumatına görə, ötən ilin eyni günündə 8 atıma qeydə alınmışdı və 8 nəfər ölmüşdü.

Ümumilikdə isə Nyu-Yorkda silah zorakarlığı ilə bağlı insidentlərin sayı 2020-ci illə müqayisədə 40 faiz artıb. Bu il 767 atışma baş verib, 885 nəfər ölüb.

Çikaqoda həftəsonu 83 nəfər güllələnib ki, onlardan da 14 nəfər ölüb. Onlar arasında uşaqlar da var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR