"Henry" qasırğası səbəbindən Nyu-Yorkda fövqəladə vəziyyət elan edilib

"Henry" qasırğası səbəbindən Nyu-Yorkda fövqəladə vəziyyət elan edilib
# 22 avqust 2021 03:42 (UTC +04:00)

ABŞ-nin Nyu-York ştatının qubernatoru Endryu Kuomo Atlantik okeanında yaxınlaşan “Henry” qasırğası ilə əlaqədar bəzi dairələrdə fövqəladə vəziyyət elan edib.

APA TASS-a istinadən xəbər verir ki, o, bu barədə “Twitter” səhifəsində bildirib.

“Henry” qasırğasının yaxınlaşmazdan əvvəl fövqəladə vəziyyət elan etdim. Milli Qvardiyanın 500 əsgəri səfərbər edilib, mövcud resurslar hazır vəziyyətə gətirilib”, - məlumatda belə deyilir.

Kuomo yaxınlaşan təbii fəlakəti 2012-ci ilin payızında qeydə alınan dağıdıcı “Sandy” qasırğası ilə müqayisə edib. Həmin qasırğa ölkə üzrə 100-dən çox insanın ölümünə səbəb olmuşdu ki, onlardan 43-ü Nyu-Yorkda qeydə alınmışdı.

Qubernatorun ardınca Nyu-York şəhərinin meri Bill de Blazio da fövqəladə vəziyyət rejimi tətbiq edib. Qərara əsasən, bazar günündən bazar ertəsinə qədər şəhərdə küçə verandaları bağlanacaq, açıq hava tədbirləri ləğv ediləcək və tikinti işləri dayandırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR