"Instagram"ın işində problemlər qeydə alınıb

"Instagram"ın işində problemlər qeydə alınıb
# 08 oktyabr 2021 23:24 (UTC +04:00)

Bir sıra ölkələrdən olan “Instagram” istifadəçiləri xidmətin qlobal işindəki nasazlıqlardan şikayətləniblər.

APA xəbər verir ki, bunu populyar internet resurslarındakı nasazlıqları və kəsilmələri izləyən “Downdetector” veb saytı göstərib.

Sosial şəbəkənin işindəki nasazlıq Bakı vaxtı ilə saat 22:27-də qeydə alınıb. Problemlər ilk növbədə ABŞ, Almaniya, Böyük Britaniya və Niderlandda, həmçinin Kanada, İtaliya, İrlandiya, İspaniya, Fransa, Rusiya və digər ölkələrdən olan istifadəçilər tərəfindən bildirilib.

“Downdetector”un məlumatına görə, istifadəçilərin çoxu tətbiqin fəaliyyətindən şikayət edir, həmçinin bildirilir ki, serverə qoşulanda, xəbər lentini izləyəndə və saytla işləyərkən də uğursuzluqlar olur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR