İran prezidenti: “Tehran nüvə sazişi üzrə danışıqların sanksiyaların ləğvinə səbəb olacağını gözləyir”

İran prezidenti İbrahim Rəisi

© APA | İran prezidenti İbrahim Rəisi

# 22 sentyabr 2021 03:19 (UTC +04:00)

“Tehran nüvə anlaşması ilə bağlı danışıqlar prosesinin bu ölkəyə qarşı sanksiyaların ləğv edilməsinə səbəb olacağını gözləyir”.

Bunu İran prezidenti İbrahim Rəisi BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxışı zamanı deyib.

Rəisinin sözlərinə görə, İran hesab edir ki, danışıqlar faydalı bir vasitədir və nəticədə bütün sanksiyaların ləğvinə səbəb olacaq: Nüvə silahının Tehranın müdafiə doktrinasında yeri yoxdur”.

Qeyd edək ki, İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xatibzadə öz növbəsində nüvə anlaşmasının tam bərpası ilə bağlı danışıqların bir neçə həftə ərzində Vyanada bərpa olunacağını vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR