Kanada 40 min əfqan qaçqını qəbul edəcək

Kanada 40 min əfqan qaçqını qəbul edəcək
# 13 oktyabr 2021 08:44 (UTC +04:00)

Kanada Əfqanıstandan 40 min qaçqını qəbul edəcək.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Castin Trüdo bildirib.

Bundan əvvəl ölkənin immiqrasiya naziri Marko Mendiçino Kanadanın ən həssas qruplardan olan 20 mindən çox Əfqanıstan vətəndaşını qəbul edəcəyini demişdi.

“Kanada 40 min qaçqını qəbul edir və biz başqalarını da qaçqınların təhlükəsiz yerləşdirilməsi üçün öz dəstəklərini artırmağa çağırırıq”, - deyə Trüdo “Twitter” səhifəsində yazıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR