Kanadada anomal hava şəraiti 26 meşə yanğınına səbəb olub

Kanadada anomal hava şəraiti 26 meşə yanğınına səbəb olub
# 01 iyul 2021 20:30 (UTC +04:00)

Kanadada davam edən isti hava şəraiti fonunda 26 meşədə yanğın baş verib.

APA CBC telekanalına istinadən xəbər verir ki, daha güclü yanğı Kamlups gölü ətrafında qeydə alınıb.

Yaxınlıqda məskunlaşan 160 ailə ərazidən təxliyə edilib.

Yanğınların söndürülməsinə 10 helikopter, 56 yanğınsöndürən cəlb edilib.

Qeyd edək ki, bu həftə ərzində Kanada tarixində rekord istilik qeydə alınıb.
Ölkənin Alberta, Saskaçevan ştatlarında, eləcə də Arktik ərazilərdə temperatur 45-49 dərəcə olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR