Kanadada gecə klubu qarşısında atışma olub

Kanadada gecə klubu qarşısında atışma olub
# 11 oktyabr 2021 04:27 (UTC +04:00)

Kanadanın Alberta əyalətinin Kalqari şəhərində silahlı insident nəticəsində bir nəfər ölüb.

APA xəbər verir ki, bu barədə “CTV” telekanalı məlumat yayıb.

Hadisə yerli gecə klublarından birinin yaxınlığında baş verib. Hadisə yerinə gələn polislər orada təxminən 30 yaşlarında ağır vəziyyətdə olan bir kişini aşkar ediblər.O, xəstəxanaya aparılıb, ancaq sonradan orada ölüb. Güllə yarası alan başqa bir nəfər də xəstəxanaya yerləşdirilib. Onun həyatı üçün təhlükə yoxdur.

Bu iki nəfərin bir-biri ilə və insidentlə əlaqəsinin olub-olmadığı araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR