Kanadada kişi bıçaqla insanlara hücum edərək 4 nəfərə xəsarət yetirib

Kanadada kişi bıçaqla insanlara hücum edərək 4 nəfərə xəsarət yetirib
# 16 oktyabr 2021 08:20 (UTC +04:00)

Kanadanın Kalqari şəhərinin mərkəzində bıçaqla silahlanmış kişi insanlara hücum edib.

APA “CBC” telekanalına istinadən xəbər verir ki, hadisə nəticəsində 4 nəfər yaralanıb.

Yerli polis daha çox insanın xəsarət ala biləcəyini iddia edir. Yaralılardan 3 nəfəri xəstəxanaya yerləşdirilib.

Polisin keçirdiyi əməliyyat nəticəsində təcavüzkar saxlanılıb.

Cinayətkarın ifadəsi alınıb. Onun hansısa radikal qruplaşma ilə əlaqəsinin olub-olmaması müəyyənləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR