Kanadada kranın aşması nəticəsində bir neçə nəfər ölüb

Kanadada kranın aşması nəticəsində bir neçə nəfər ölüb
# 13 iyul 2021 08:06 (UTC +04:00)

Kanadanın Kelouna şəhərində tikilməkdə olan çoxmərtəbəli binaya bərkidilmiş inşaat kranının aşması nəticəsində bir neçə nəfər ölüb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə yerli polisdən bildirilib.

Məlumata görə, hadisədən əvvəl bir neçə fəhlə kranın yaxınlığında olub. Ölnlərin və xəsarət alanların sayı barədə ətraflı məlumat verilməsə də, bir nəfərin itkin düşdüyü açıqlanıb.

Hadisə nəticəsində yaxınlıqdakı bir neçə binaya da ziyan dəyib və “ərazi qeyri-sabit və təhlükəli olaraq qalır”. Polis əraziyə girişi məhdudlaşdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR