Kanadada ot biçən qızı təyyarə vurub

Kanadada ot biçən qızı təyyarə vurub
# 07 iyul 2021 11:29 (UTC +04:00)

Kanadanın Kvebek şəhərində aerodrom yaxınlığında ot biçən gənc qızı təyyarə vurub.

"APA-Economics"in məlumatına görə, bu barədə "The New York Post" xəbər verir.

Qeyd olunur ki, hadisə təyyarənin limana enməsi zamanı qeydə alınıb. Gənc qız xəstəxanaya çatdırılsa da, orada keçinib.

Kvebek polisinin nümayəndəsi Mark Tessye nəşrə açıqlamasında bildirib ki, təyyarənin pilotu da xəstəxanaya yerləşdirilib və əsəb şokundan müalicə olunur.

Kanadanın Nəqliyyat Təhlükəsizliyi Şurasının qəzanı araşdırdığı qeyd olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR