Kanadada sürücü qəsdən müsəlman ailəsini vurub, 4 nəfər ölüb

Kanadada sürücü qəsdən müsəlman ailəsini vurub, 4 nəfər ölüb
# 08 iyun 2021 03:38 (UTC +04:00)

Kanadanın Ontario əyalətinin London şəhərində bir avtomobil sürücüsü bilərəkdən yolu keçən müsəlman ailəsini vurub.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, hadisə nəticəsində 5 nəfərlik ailənin 4 üzvü ölüb.

Yerli polisin məlumatına görə, ailə üzvlərindən biri yerindəcə ölüb, digər üç nəfər isə xəstəxanada dünyasını dəyişib.

Yalnız 9 yaşlı uşaq sağ qalıb.

Bələdiyyə rəhbərinin əmri ilə şəhərdə üç günlük matəm elan edilib, bayraqlar endirilib.

Bələdiyyə sədri “Twitter” hesabında Müsəlman icmasının nümayəndələri ilə görüşdüyünü və onlara başsağlığı verdiyini yazıb. Qeyd edib ki, müsəlmanlar bundan sonra şəhərdə özlərini təhlükəsiz hiss edə biləcəklərinə əmin olsunlar.

Qeyd edək ki, hadisəni törədən 20 yaşlı şəxs saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR