Kanadada yeni hökumətin qurulacağı vaxt açıqlanıb

Kanadanın Baş naziri Castin Trüdo

© APA | Kanadanın Baş naziri Castin Trüdo

# 29 sentyabr 2021 08:11 (UTC +04:00)

Kanadanın Baş naziri Castin Trüdo oktyabr ayında yeni hökumət quracaq.

APA TASS-a istinadən xəbər verir ki, o, bu barədə jurnalistlərə bildirib.

“Bu gün Kanada general-qubernatoru Meri Saymonla danışdım və hökumət qurmaqla bağlı niyyətimi təsdiqlədim. Hökumət oktyabr ayında and içəcək”, - Baş nazir belə deyib.

Trüdonun sözlərinə görə, o, müavini və maliyyə naziri Xristya Friland öz vəzifəsində qalacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR