Kimya üzrə Nobel mükafatı laureatı Eyiti Neqisi vəfat edib

Kimya üzrə Nobel mükafatı laureatı Eyiti Neqisi

© APA | Kimya üzrə Nobel mükafatı laureatı Eyiti Neqisi

# 12 iyun 2021 05:38 (UTC +04:00)

2010-cu ildə Kimya üzrə Nobel mükafatına layiq görülən yapon alimi Eyiti Neqisi 85 yaşında vəfat edib.

APA “Kyodo” agentliyinə istinadən xəbər verir ki, bu barədə alimin çalışdığı İndiana ştatının (ABŞ) Perdyu Universitetinin rəhbərliyi məlumat yayıb.

Neqisi həmkarları Riçard Hek (ABŞ) və digər yapon alimi Akira Suzuki ilə birlikdə Nobel mükafatına layiq görülmüşdü.

Onların kəşfləri sayəsində bənzərsiz tibbi preparatlar və yeni materiallar yaratmaq mümkün olub.

Qeyd edək ki, mərhum alim 1979-cu ildən Perdyu Universitetində çalışırdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR