KİV: ABŞ senatı Türkiyədə səfir olaraq fəaliyyət göstərəcək yeni namizədini təsdiqləyib 

KİV: ABŞ senatı Türkiyədə səfir olaraq fəaliyyət göstərəcək yeni namizədini təsdiqləyib 
# 27 oktyabr 2021 05:16 (UTC +04:00)

ABŞ-ın Türkiyədə səfir olaraq fəaliyyət göstərəcək Ceff Feykin namizədliyi ABŞ Konqresinin Yuxarı palatası tərəfindən təsdiqlənib.

Bunu APA-nın yerli bürosu Türkiyə mətbuatına istinadla xəbər verib.

Qeyd edək ki, Ceff Feykin bu vəzifəyə namizədliyi ABŞ Prezidenti Co Bayden tərəfindən bu ilin iyul ayında irəli sürülüb.

Bununla da 27 iyun 2019-cu ildə ABŞ-ın Türkiyədəki səfiri kimi təsdiqlənən David.M. Satterfieldin bu vəzifəni yaxın zamanda Ceff Feykə təhvil verəcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR