KİV: Co Bayden Kennedinin qızını Avstraliyaya səfir təyin edə bilər

ABŞ Prezidenti Co Bayden

© APA | ABŞ Prezidenti Co Bayden

# 31 may 2021 08:21 (UTC +04:00)

ABŞ Prezidenti Co Bayden Amerika administrasiyasının 35-ci başçısı (1961-1963-cü illər) Con Kennedinin (1917-1963) qızı Kerolin Kennedinin Avstraliyaya səfir vəzifəsinə namizədliyinin irəli sürülməsini nəzərdən keçirir.

APA xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.

Kerolin Kennedi sabiq prezident Barak Obamanın ikinci administrasiyasında Tokioda səfir işləyib.

Bayden, həmçinin, ABŞ-ın 35-ci prezidenti və senator Ted Kennedinin kiçik qardaşının dul arvadı Vikki Kennedinin Qərbi Avropa ölkələrindən birində diplomatik nümayəndəliyin rəhbəri vəzifəsinə namizəd göstərilməsi imkanlarını müzakirə edir.

Qeyd edək ki, Ağ Ev nəşrin sözügedən kadr təklifləri ilə bağlı sorğusunu şərh etməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR