KIV: Kanadaya məxsus yük helikopteri qəzaya uğrayaraq okeana düşüb

KIV: Kanadaya məxsus yük helikopteri qəzaya uğrayaraq okeana düşüb
# 05 oktyabr 2021 20:14 (UTC +04:00)

Britaniya Kolumbiyasının qərb sahillərində yüklərin daşınması üçün nəzərdə tutulan “Kaman K-MAX” markalı helikopter qəzaya uğrayaraq Sakit Okeana düşüb.

APA CBC telekanalına istinadən xəbər verir ki, bu barədə Kanada Nəqliyyat Təhlükəsizliyi Şurası məlumat yayıb.

Hadisə Corciya boğazında Seşelt qəsəbəsindən 40 kilometr şimalda baş verib. Helikopterdə yalnız pilot olub. Onun axtarışları davam edir.

Qəzanın başvermə səbəbləri barədə hələlik məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR