Tanınmış braziliyalı ssenarist, ”Kölə İzaura” serialının ssenari müəllifi Jilberto Braqa 75 yaşında vəfat edib.
APA-nın “rg.ru” saytına istinadən xəbərinə görə, o, J. Braqa oktyabrın 22-də çox ağır vəziyyətdə Rio-de-Janeyroda xəstəxanaya yerləşdirilmişdi.
J. Braqa 1945-ci ildə anadan olub. Ssenarist fəaliyyətinə 1972-ci ildən başlayıb.
"Kölə İzaura" keçmiş sovet televiziyasında göstərilən ilk Latın Amerikası serialı olub və çox məşhurluq qazanıb.