Kolumbiya polisi bağçada 21 uşağı zorlayan cinayətkarı saxlayıb - FOTO

Kolumbiya polisi bağçada 21 uşağı zorlayan cinayətkarı saxlayıb - FOTO
# 09 iyul 2021 07:18 (UTC +04:00)

Kolumbiyada uşaq bağçasında işləyərkən 21 uşağa təcavüz edən Manolo ləqəbli cinayətkar həbs olunub.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Kolumbiyanın Medelin şəhərinin meri Daniel Kintero Kalye açıqlamasında deyib.

Cinayət faktı Kolumbiyada uşaqlara qarşı zorakılıq əməllərinə görə ömürlük həbs cəzası ilə bağlı qanunun qəbul edilməsinə səbəb olub.

“Bir neçə dəqiqə əvvəl Manolo ləqəbli İsmael Dario Lopera Santa-Krus bölgəsində cinsi xarakterli zorakılıq əməlləri ilə bağlı kədərli hadisədən sonra barəsində həbs qərarı verildiyi üçün tutulub”, - deyə mer özünün “Twitter” səhifəsində yazıb.

Medelin uşaq bağçasında baş verən qeyri-insani cinayət və istintaqın başlanılması barədə məlumatlar 28 iyun tarixində açıqlanıb – 52 yaşlı Loperanın uşaq bağçasında üç il mətbəx köməkçisi işlədiyi və bu müddət ərzində orada dörd yaşınadək olan azı 21 uşağa qarşı cinsi xarakterli zorakılıq əməlləri törətdiyi məlum olub. Məlumata görə, uşaqlar onu “böyük dost” adlandırırmışlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR