Kolumbiyada aprelin 28-dən bəri davam edən nümayişlərdə 2 mindən çox insan xəsarət alıb

Kolumbiyada aprelin 28-dən bəri davam edən nümayişlərdə 2 mindən çox insan xəsarət alıb
# 25 may 2021 05:12 (UTC +04:00)

Kolumbiyada 28 aprel - 23 may tarixlərində baş verən iğtişaşlarda azı 2051 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

APA xəbər verir ki, bu barədə respublikanın Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 1040 mülki və 1011 polis əməkdaşı yaralanıb. Bu müddət ərzində 954 nəfərin polis tərəfindən nəzarətə alındığı qeyd olunub. Bundan əlavə, hüquq-mühafizə orqanları 26226 ədəd soyuq silah, 988 ədəd odlu silah, 452 ədəd pnevmatik silah müsadirə edib.
Xatırladaq ki, Kolumbiyada aprelin 28-dən etibarən vergi islahatlarına qarşı nümayişlər davam edir. Etiraz aksiyaları paytaxt Boqota, Kali, Medellin və digər şəhərləri əhatə edib. Ümumilikdə 2000-dən çox insanın xəsarət aldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR