Kolumbiyada etiraz aksiyaları zamanı 2-si polis olmaqla, 28 nəfər xəsarət alıb

Kolumbiyada etiraz aksiyaları zamanı 2-si polis olmaqla, 28 nəfər xəsarət alıb
# 28 may 2021 03:16 (UTC +04:00)

Kolumbiyanın Valle-del-Kauka departamentinin Hamundi şəhərində etiraz aksiyaları zamanı polislə qarşıdurma nəticəsində 28 nəfər müxtəlif dərəcli xəsarət alıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə şəhər meri Andres Felipe Ramires bildirib.

Onun sözlərinə görə, 5-i qadın olmaqla 26 mülki, 2 polis yaralanıb. 18 nəfər saxlanılıb.

Qeyd edək ki, Kolumbiyada aprelin 28-dən etibarən vergi islahatlarına qarşı nümayişlər davam edir. Etiraz aksiyaları paytaxt Boqota, Kali, Medellin və digər şəhərləri əhatə edib. Ümumilikdə 2000-dən çox insanın xəsarət aldığı, azı 42 nəfərin öldüyü bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR