Kolumbiyada etirazçılar polis postuna hücum edib, 2 nəfər ölüb, çox sayda yaralı var

Kolumbiyada etirazçılar polis postuna hücum edib, 2 nəfər ölüb, çox sayda yaralı var
# 18 may 2021 02:28 (UTC +04:00)

Kolumbiyada nümayişçilərlə polis arasında toqquşma baş verib.

APA yerli “La FM” radiosuna istinadən xəbər verir ki, Yumbo bələdiyyəsində baş verən nümayiş zamanı etirazçılar bir neçə polis postuna hücum ediblər.

Hüquq-mühafizə orqanları ilə toqquşmalar nəticəsində 2 nəfər ölüb, 6-sı polis əməkdaşı olmaqla, 28 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, Kolumbiyada aprelin 28-dən etibarən vergi islahatlarına qarşı nümayişlər davam edir. Etiraz aksiyaları paytaxt Boqota, Kali, Medellin və digər şəhərləri əhatə edib. Ümumilikdə 1000-dən çox insanın xəsarət aldığı, 42 nəfərin öldüyü bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR