Kolumbiyada hərbi hissədə baş verən partlayış nəticəsində 30-dan çox əsgər yaralanıb

Kolumbiyada hərbi hissədə baş verən partlayış nəticəsində 30-dan çox əsgər yaralanıb
# 16 iyun 2021 07:11 (UTC +04:00)

Kolumbiyanın Kukuta şəhərində yerləşən Hərbi hissədə içərisinə partlayıcı yüklənmiş avtomobilin partladılması nəticəsində təxminən 35 əsgər yaralanıb.

APA yerli “Opinion” nəşrinə istinadən xəbər verir ki, hadisə yerinə təcili yardım briqadası cəlb edilib.

Yaralıların bəzilərinin şəhər xəstəxanalarına yerləşdirildiyi bildirilib.

Kolumbiya Prezidenti İvan Duke terror hücumunun araşdırılması ilə bağlı xüsusi göstəriş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR