Kolumbiyada hökumət qüvvələri tərəfindən 5 üsyançı öldürülüb

Kolumbiyada hökumət qüvvələri tərəfindən 5 üsyançı öldürülüb
# 06 iyul 2021 07:14 (UTC +04:00)

Kolumbiya hərbçiləri hücum edərək ölkənin cənubunda Kaqueta departamentində yerləşən keçmiş üsyançı təşkilat olan Kolumbiya İnqilabi Silahlı Qüvvələrinin (KİSQ) beş üzvünü öldürüb.

APA “EFE” agentliyinə istinadən xəbər verir ki, bu barədə hərbi mənbələrdən bildirilib.

Öldürülən qiyamçılar KİSQ liderlərindən olan İvan Markesin rəhbərlik etdiyi qrup üzvləridir.

Qeyd edək ki, Kolumbiya hökuməti ilə KİSQ arasında silahlı qarşıdurma 1960-cı illərdən davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR