Kremldə Ukrayna Prezidentinin ABŞ səfərini şərh ediblər

Dmitri Peskov

© APA | Dmitri Peskov

# 31 avqust 2021 14:26 (UTC +04:00)

“Rusiya ABŞ-Ukrayna münasibətlərinə müdaxilə etmək haqqına sahib olduğunu hesab etmir. Lakin Ukrayna Prezidenti Volodimir Zelenskinin Vaşinqtona səfərini diqqətlə izləyirik”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Biz iki suveren dövlətin - ABŞ və Ukraynanın münasibətlərinə müdaxilə etmək haqqında sahib olduğumuzu düşünmürük. Bunu etməyə hazırlaşmırıq, sadəcə, bu səfərin nəticələrini çox diqqətlə izləyirik”, - deyə Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, Ukrayna prezidenti V. Zelenski ABŞ-da işgüzar səfərdədir. Sentyabrın 1-də onun ABŞ Prezidenti Co Baydenlə görüşü planlaşdırılıb.

Görüşdə ABŞ-ın Donbas məsələsinin sülh yolu ilə nizamlanmasına cəlb olunması, eləcə də “Şimal axını-2” layihəsi və Ukraynanın enerji təhlükəsizliyinin təminatı məsələlərin əsas müzakirə mövzusu olacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR