Kuba prezidenti kommunistləri etirazçılara qarşı küçələrə çıxmağa çağırıb

Kuba Prezidenti Miqel Diaz-Kanel Bermudez

© APA | Kuba Prezidenti Miqel Diaz-Kanel Bermudez

# 12 iyul 2021 05:18 (UTC +04:00)

Kuba Prezidenti Miqel Diaz-Kanel Bermudez kommunistləri mövcud hökumətə qarşı nümayişlər zamanı təxribatların qarşısını almaq üçün küçələrə çıxmağa çağırış edib.

APA “Cubavision Internacional” portalına istinadən xəbər verir ki, ölkə başçısı etirazçıları Amerika imperatorluğuna satılan əksinqilabi muzdlular adlandırıb.

O, qeyd edib ki, nümayişçilərə ölkədəki sabitliyi pozmağa icazə verilməyəcək, onlara qarşı inqilabi cavab olacaq.

Qeyd edək ki, Kubada iyulun 11-dən hökumət əleyhinə etiraz nümayişləri keçirilir. Etiraz aksiyaları paytaxt Havana da daxil olmaqla Kubanın səkkiz böyük şəhərini əhatə edir.

Etirazçılar “azad seçkilər” və sosial problemlərin, ilk növbədə ərzaq çatışmazlığının həllini tələb edirlər.

Qeyd edək ki, ABŞ-da yaşayan Kuba əsilli bir sıra siyasətçilər prezidenti Co Baydeni “Azadlıq adası”ndakı etirazlara müdaxilə etməyə çağırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR