Kuba rəhbərliyi turistləri adaya gələrkən özləri ilə nağd ABŞ dolları götürməməyə çağırıb

Kuba rəhbərliyi turistləri adaya gələrkən özləri ilə nağd ABŞ dolları götürməməyə çağırıb
# 12 iyun 2021 07:14 (UTC +04:00)

Kuba hökuməti adaya səyahət etməyi planlaşdıran turistlərə özləri ilə nağd ABŞ dolları götürməmələrini tövsiyə edib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Kuba Mərkəzi Bank sədrinin birinci müavini Fransisko Mayobre Lens dövlət televiziyasına açıqlamasında bildirib.

Onun sözlərinə görə, Kubada bütün banklar ABŞ dolları mübadiləsini dayandıracaq: Söhbət konkret olaraq nağd vəsaitlərdən gedir, kartla ödənişlərdə isə problem olmayacaq”.

Qeyd edək ki, sözügedən qərar ölkədə iyunun 21-dən qüvvədə olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR