Kubada koronavirusa sutkalıq yoluxma sayında anti-rekord qeydə alınıb

Kubada koronavirusa sutkalıq yoluxma sayında anti-rekord qeydə alınıb
# 04 iyul 2021 02:18 (UTC +04:00)

Kubada son 24 saat ərzində 3475 yeni koronavirusa yoluxma hadisəsi qeydə alınıb ki, bu da pandemiya başlayandan bu yana ən yüksək sutkalıq göstəricidir.

APA xəbər verir ki, bu barədə Kuba Səhiyyə Nazirliyinin məlumatında bildirilib.

Qeyd edilib ki, son sutkada koronavirusdan 15 nəfər ölüb.

Ümumilikdə, ölkədə 200 728 nəfər koronavirusa yoluxub. Ölüm sayı isə 1377-dir.

Yoluxmanın çoxu Havananın şərqində və Matansas əyalətində müşahidə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR