Mayami meri ABŞ-ı Kubaya zərbələr endirməyə çağırıb

Mayami meri ABŞ-ı Kubaya zərbələr endirməyə çağırıb
# 15 iyul 2021 06:34 (UTC +04:00)

ABŞ-ın Mayami şəhərinin meri Frensis Suares rəsmi Vaşinqtonu Kubaya zərbə endirməklə ölkə rəhbərliyini devirməyə çağırıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, o bunu “Fox News” telekanalının efirində bildirib.

Şəhər rəhbərinin sözlərinə görə, Vaşinqton Havanaya belə bir təzyiq metodunu incələməlidir.

“Bunu bir çox digər variantlarla birgə potensial bir seçim kimi müzakirə etməli və nəzərdən keçirməliyik”, - Suares belə deyib.

Daha sonra o, “Miami Herald” qəzetinə müsahibəsində Kubaya hərbi müdaxilənin mümkünlüyünü müzakirə etməklə bağlı ABŞ prezidentinin zəngini gözlədiyini bildirib.

Ancaq sonradan “MSNBC” telekanalına müsahibəsində F.Suares Kubaya aviazərbələr endirilməsi ilə bağlı çağırış etmədiyini, sadəcə ABŞ hökumətinin dünyadakı bənzər hadisələrə bu cür reaksiyasından nümunə kimi söhbət açdığını qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR