Meksika hökuməti "Pamela" fırtınası ilə bağlı əhaliyə xəbərdarlıq edib

Meksika hökuməti "Pamela" fırtınası ilə bağlı əhaliyə xəbərdarlıq edib
# 12 oktyabr 2021 05:10 (UTC +04:00)

Sakit Okean üzərindən Meksika sahillərinə doğru hərəkət edən "Pamela" tropik fırtınası yaxın saatlarda qasırğaya çevrilə bilər.

APA xəbər verir ki, bu proqnoz ölkənin meteoroloji xidməti tərəfindən açıqlanıb.

"Fırtınanın yaxın saatlarda Saffir-Simpson miqyasında 1-ci kateqoriyalı qasırğaya çeviriləcəyi ehtimal edilir. 2,5 m/s sürətlə şimal-qərb istiqamətində hərəkət edən qasırğa hazırda Jalisko ştatının sahillərindən 440 km aralıdadır”, məlumatda bildirilib.

Qeyd edilib ki, küləyin sürəti 30,5-36 m/s-yə çatır.

Mütəxəssislər "Pamela" nın sahilə endirəcəyi güclü yağışların daşqınlara və sürüşmələrə səbəb ola biləcəyini düşünür.

Hökumət potensial həssas bölgələrin sakinlərinə xüsusilə diqqətli olmağa çağırış edib.

Hazırda 3-cü kateqoriyalı qasırğa gücündə hərəkət edən “Pamela” oktyabrın 13-ü səhər Sinaloa ştatına çatacağı proqnozlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR