Meksikada atışma zamanı 4 nəfər ölüb

Meksikada atışma zamanı 4 nəfər ölüb
# 07 sentyabr 2021 06:14 (UTC +04:00)

Meksikanın Sonora ştatında cinayətkar qrupun üzvü olduğu ehtimal edilən 4 nəfər atışma zamanı ölüb.

APA xəbər verir ki, bu barədə “Alonso Herrera Trejo” saytında məlumat yayılıb.

Silahlı insidentdə polis əməkdaşları da iştirak edib.

“Sonoranın şimalında əməliyyat davam edir, qırmızı kod tətbiq edilib. Təhlükəsizlik qüvvələri yerli cinayətkar qruplaşmaya qarşı müqaviməti gücləndirib”, - deyə ştatın İctimai Təhlükəsizlik Nazirliyindən bildirilib.

İlkin məlumatlara görə, iki hüquq-mühafizə orqanı əməkdaşı hadisə zamanı güllə yarası alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR