Meksikada avtobus yük maşını ilə toqquşub, 16 nəfər ölüb

Meksikada avtobus yük maşını ilə toqquşub, 16 nəfər ölüb
# 03 sentyabr 2021 03:45 (UTC +04:00)

Meksikanın şimalında Sonora ştatında Sonoyta – San-Luis-Rio-Kolorado şosesində avtobus yük maşınına çırpılıb.

APA TASS-a istinadən xəbər verir ki, hadisə nəticəsində 16 nəfər ölüb, 22 nəfər xəsarət alıb.

Yaralılardan altısının vəziyyətinin ağır olduğu deyilir. Hadisənin səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR