Meksikada cinayətkarlarla hərbçilər arasında toqquşma olub, ölənlər var

Meksikada cinayətkarlarla hərbçilər arasında toqquşma olub, ölənlər var
# 22 avqust 2021 04:59 (UTC +04:00)

Meksikanın qərbində, Miçoakan ştatında hərbçilər hücuma məruz qalıblar.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə region prokurorluğu məlumat yayıb.

Məlumata görə, qarşıdurma nəticəsində hücumu həyata keçirən qrupun 6 üzvü və bir hərbçi ölüb.

“Tanqamandapio bələdiyyəsinin Tarekuato bölgəsində baş verən hadisə ilə əlaqədar istintaq araşdırmalarına başlanılıb, bir əsgəri olmaqla, yeddi nəfər ölüb”, - deyə sənəddə qeyd olunub.

Hücum edənlərdən biri saxlanılıb. Hadisə yerində 8 odlu silah və sursat ələ keçirilib. Prokurorluq hesab edir ki, məhv edilən 6 nəfərin ştat ərazisində fəaliyyət göstərən cinayətkar qruplaşmalardan birinin üzvləridir.

Rəsmi məlumatlara görə, 2019-2020-ci illərdə Meksikada federal təhlükəsizlik qüvvələrinin nümayəndələrinə edilən hücumların sayı 60%-dən çox artaraq 293-dən 469-a çatıb. Ötən il belə hücumlar həyata keçirən 380 nəfəri saxlamaq mümkün olub, daha 297 nəfəri isə məhv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR