Meksikada futbol oyununda atışma nəticəsində dörd azarkeş ölüb

Meksikada futbol oyununda atışma nəticəsində dörd azarkeş ölüb
# 06 iyul 2021 08:16 (UTC +04:00)

Meksikanın Kuernavaka şəhərində (Morelos ştatı) yerli komandaların oyunu zamanı naməlum şəxslər tamaşaçılara silahdan atəş açıblar.

APA “El Universal” nəşrinə istinadən xəbər verir ki, silahlı insident nəticəsində azarkeşlərdən 4-ü ölüb, 3-ü yaralanıb.

Silahlı şəxslər stadiona üç motosikletlə gəliblər. Sonra onlar tamaşaçılara atəş açdıqdan sonra oradan uzaqlaşıblar. Polisin isti izlərlə əməliyyat - axtarış tədbirləri zamanı məlum olub ki, silahlılar narkotik qruplaşmanın üzvləridir.

Qeyd edək ki, sözügedən stadionda tez-tez mütəşəkkil cinayətkar dəstələr arasında analoji hadisələr baş verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR