Meksikada sel nəticəsində 6 nəfər ölüb

Meksikada sel nəticəsində 6 nəfər ölüb
# 07 oktyabr 2021 22:41 (UTC +04:00)

Meksikanın Keretaro ştatında leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində 6 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə “Milenio” qəzeti məlumat yayıb.

Yerli mətbuatın yazdığına görə, daha bir neçə rayon sakini itkin düşüb.

Daşqınlar 11 bələdiyyədə 3.5 mindən çox yaşayış binasına ziyan vurub.

Daha çox Keretaro, Korrexidor, San-Juan-del-Rio və Tekisyapan ştatlarına maddi ziyan dəyib.

Hazırda hökumət qüvvələri ağır texnikadan istifadə etməklə təbii fəlakətin nəticələrini aradan qaldırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR