Meksikada zəncivari qəzada 2 nəfər ölüb, 14 nəfər yaralanıb

Meksikada zəncivari qəzada 2 nəfər ölüb, 14 nəfər yaralanıb
# 21 sentyabr 2021 23:36 (UTC +04:00)

Meksikanın Verakruz ştatının Xalapa şəhərində ölümlə nəticələnən zəncirvari qəza baş verib.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar İdarəsinin regional şöbəsinin “Twitter” səhifəsində məlumat yerləşdirilib.

Qəzaya səbəb sərnişin avtobusu olub. Avtobusun 5 avtomobilə çırpılması nəticəsində 5 nəfər ölüb, 14 nəfər yaralanıb.

Qəzada 2 avtomobil tamamilə yararsız hala düşüb. Avtomobillərdən biri yanıb.

Yaralılar xəstəxanaya çatdırılıb, onların vəziyyəti barədə heç bir məlumat verilməyib.

İlkin məlumatlara görə, hadisəyə səbəb avtobusun əyləc sistemində baş verən nasazlıq olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR