Mənbə: ABŞ ölkəyə gələn əcnəbilərin COVID-19-a qarşı tam peyvəndlənməsini tələb edəcək

Mənbə: ABŞ ölkəyə gələn əcnəbilərin COVID-19-a qarşı tam peyvəndlənməsini tələb edəcək
# 20 sentyabr 2021 18:42 (UTC +04:00)

ABŞ ölkəyə gələn yaşı 18-dən yuxarı olan bütün əcnəbi vətəndaşların yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı tam peyvənd edilməsi tələbini tətbiq etmək niyyətindədir.

APA-nın xəbərinə görə, bu barədə "Reuters" öz mənbələrinə istinadən yazıb.

Bildirilib ki, müvafiq tələb noyabrdan etibarən qüvvəyə minəcək.

“France Presse” agentliyi isə bildirib ki, peyvənd olunmuş Avropa İttifaqı ölkələrinin və Britaniya vətəndaşlarının ABŞ-a səyahətinə icazə veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR