Mexiko Beynəlxalq hava limanında silahlı insident olub, yaralılar var

Mexiko Beynəlxalq hava limanında silahlı insident olub, yaralılar var
# 15 oktyabr 2021 21:45 (UTC +04:00)

Meksikada beynəlxalq hava limanında silahlı insident nəticəsində üç nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə paytaxt Mexikonun İctimai təhlükəsizlik idarəsinin rəisi Omər Qarsiya “Twitter” səhifəsində məlumat verib.

İdarə rəisinin sözlərinə görə, hadisəni törətməkdə şübhəli bilinən şəxs xəstəxanada dünyasını dəyişib: "Mexiko Beynəlxalq hava limanında silahlı şəxs iki nəfərə hücum edərək onları yaralayıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Cinayətdə şübhəli bilinən şəxs xəstəxanada dünyasını dəyişib, digər iki yaralının həyatı üçün təhlükə yoxdur”.

O.Qarsiya əlavə edib ki, hadisə hava limanının ikinci terminalının giriş hissəsində baş verib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırmanı davam etdirir.

Hava limanının normal qrafik üzrə fəaliyyət göstərdiyi bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR